Bank Of Baku

“Azadlıq” bloku Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək

“Azadlıq” bloku Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək
# 29 yanvar 2007 09:33 (UTC +04:00)
“Azadlıq” bloku Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək. Bloka daxil olan AXCP-nin sədri Əli Kərimli APA-ya bildirib ki, meriya aksiyalara icazə vermədiyinə görə, blok ötən ildən məhkəmələrə üz tutub: “Konsititusiyanın pozulması ilə bağlı müraciətlərimiz var və bu, davam etdiriləcək. Piketlərin davam etdirilməsi ilə paralel olaraq biz hüquq müstəvisində də mübarizəmizi davam etdirəcəyik. Ölkə daxili instansiyaları keçdikdən sonra “Sərbəst toplaşmaq azadlığı” ilə bağlı məsələləri Avropa İnsan Haqları Məhkəməsinə çıxarmaq lazımdır”.
Ə. Kərimli onu da qeyd edib ki, enerji daşıyıcılarının qiymətlərin artırılmasına etiraz olaraq blokun kütləvi aksiyaları davam etdiriləcək. Bununla bağlı blokun sabah Sədrlər Şurasının iclası keçiriləcək və növbəti addımlar müzakirə olunacaq. Partiya sədri aksiyaları şəhərin mərkəzindən kənarda keçirməyəcəklərini bir daha vurğulayıb: “Biz keçirəcəyimiz aksiyalarda Bakı şəhər İcra Hakimiyyətinin Konstitusiyaya zidd qərarlarını nəzərə almayacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR