Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyevin Fransaya dövlət səfəri başlayır

Azərbaycan prezidenti İlham Əliyevin Fransaya dövlət səfəri başlayır
# 29 yanvar 2007 09:48 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, səfərdə prezidenti xarici işlər naziri Elmar Məmmədyarov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, iqtisadi inkişaf naziri Heydər Babayev və digər hökumət nümayəndələri, iş adamları müşayiət edir.
Səfər proqramına görə, elə bu gün Azərbaycan prezidentinin fransalı həmkarı ilə təkbətək görüşü olacaq, daha sonra İlham Əliyevin şərəfinə ziyafət veriləcək.
Yanvarın 30-da Azərbaycan prezidenti İlham Əliyev Fransanın baş naziri Dominik de Vilpenlə nahar edəcək, Senatın prezidenti Kristian Ponsele, Milli Assambleyanın prezidenti Jan-Lui Debre, XİN başçısı Filipp Düst-Blazi, müdafiə naziri xanım Mişel Allio-Mari, kənd təsərrüfatı və balıqçılıq naziri Dominik Büssero, veteranların işi üzrə səlahiyyətli nazir Xamlaui Mekaşera və Parisin meri Bertran Delanoe ilə görüşlər keçirəcək.
Yanvarın 31-də İlham Əliyev Parisdən Lill şəhərinə gedəcək, Nord-Pa de Kade regionun rəhbərləri və müəssisə rəhbərləri ilə görüşlər keçirəcək və Lill şəhərindən Bakıya qayıdacaq.
Fransanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşlərdə iki ölkə arasında mövcud məsələlər, Qafqaz regionundakı vəziyyət müzakirə olunacaq. Səfər çərçivəsində elm, mülki müdafiə, turizm, ailə və qadın problemlərinə dair 7 ikitərəfli sənəd imzalanacaq. Son illər Fransa-Azərbaycan əlaqələrinin xeyli inkişaf etdiyinin vurğulandığı məlumatda siyasi sahədə Fransanın Rusiya və ABŞ-la birgə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk Qrupu çərçivəsində vasitəçilik missiyasını həyata keçirməsi, iqtisadi sahədə aviasiya, neft sənayesi sahəsində əməkdaşlığın inkişaf etdiyi qeyd olunub. Azərbaycanın ticarət partnyorları arasında Fransa 6-cı yerdə, xarici investorlar arasında isə 4-cü yerdədir. Prezidentin səfəri çərçivəsində iki ölkənin müəssisələri arasında bir neçə müqavilə və sazişlərin imzalanacağı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR