Bank Of Baku

Almaniyada Tələt Paşa Hərəkatının təşkilatçılığı ilə “Türkiyə qalib gələcək” mövzusunda konfrans keçiriləcək

Almaniyada Tələt Paşa Hərəkatının təşkilatçılığı ilə “Türkiyə qalib gələcək” mövzusunda konfrans keçiriləcək
# 29 yanvar 2007 11:06 (UTC +04:00)
Fevralın 9-da Almaniyanın Ştutqart şəhərində Tələt Paşa Hərəkatının təşkilatçılığı ilə “Türkiyə qalib gələcək” mövzusunda konfrans keçiriləcək. APA-nın Türkiyə bürosunun xəbərinə görə, konfransda hərəkatın Avropa və Türkiyədəki nümayəndələri, elm adamları iştirak edəcəklər. Tələt Paşa Hərəkatı uydurma “erməni soyqrımı” iddialarına qarşı Avropada aparılacaq təbliğatı gücləndirmək məqsədilə qitənin müxtəlif ölkələrində silsilə toplantı ve mitinqlər keçirməyi də planlaşdırır. Belə ki, Ştutqartdan sonra fevralın 11-də İsveçrənin paytaxtı Bern şəhərində də eyni məzmunlu konfrans keçiriləcək. Berlin və Brüsseldə təşkil olunacaq mitinq və toplantılardan sonra isə “erməni soyqırımı beynəlxalq yalandır” sözünə görə martın 6-7-də İsveçrənin Lozanna şəhərində məhkəməsi olacaq Türkiyə İşçi Partiyasının sədri, Tələt Paşa Hərəkatının koordinatoru Doğu Pərinçəkin məhkəməsinə hazırlıq aparılacaq.
Qeyd edək ki, 2006-cı il yanvarın 18-də yaradılan Tələt Paşa Hərəkatının Türkiyə və Avropada keçirəcəyi toplantlara, kütləvi aksiyalara Azərbaycandan da elm adamları və mütəxəssislərin dəvət edilməsi gözlənilir. Xatırladaq ki, Tələt paşa 1917-ci ildə Osmanlı dövlətinin baş naziri olub. 1921-ci ildə Almaniyada erməni terrorçusu tərəfindən qətlə yetirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR