Bank Of Baku

İİB Qrupunun Özəl Sektor Forumu çərçivəsində keçirilən sərgidə Azərbaycan pavilyonu təşkil olunub

İİB Qrupunun Özəl Sektor Forumu çərçivəsində keçirilən sərgidə Azərbaycan pavilyonu təşkil olunub
# 19 iyun 2026 09:52 (UTC +04:00)

16-19 iyun tarixlərində Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (İİB) 51-ci İllik Toplantıları çərçivəsində Bakı Konqres Mərkəzində sərgi təşkil olunub.

"APA-Economics" xəbər verir ki, sərgi Toplantıların əhatə etdiyi Özəl Sektor Forumu çərçivəsində strateji investisiya və ticarət imkanlarının təqdimatı məqsədilə təşkil olunub.

Sərgidə “İnteqrasiya olunmuş Azərbaycan: İnvestisiya, innovasiya və “Made in Azerbaijan” mövzusunda Azərbaycan pavilyonu qurulub. Ölkəmizin iqtisadi imkanlarının vahid platformada nümayiş etdirildiyi pavilyonda iqtisadi zonalar, KOB, sənaye, ixracın və investisiyaların təşviqi, fintek, maliyyə ekosistemi, daşınmaz əmlak, şəhərsalma, enerji, innovasiyalar üzrə tematik bölmələr formalaşdırılıb. Burada Azərbaycanın investisiya mühiti barədə məlumat verilir, bu mövzularda videoçarx və əyani vəsaitlər nümayiş olunur.

Pavilyonun “Made in Azerbaijan” bölməsində qida, tekstil, sənaye və digər sahələr üzrə yerli istehsal məhsulları nümayiş etdirilir. Həmçinin mədəniyyət, yaradıcı sənaye və turizm istiqamətləri üzrə təqdimatlar vasitəsilə Azərbaycanın mədəni irsi və turizm potensialı tanıdılır.

Sərgi çərçivəsində həmçinin İİB Qrupuna daxil olan qurumların stendləri, eləcə də üzv ölkələr və tərəfdaş təşkilatlara məxsus stendlər nümayiş olunur.

Sərgi İİB Qrupunun xidmət və təşəbbüslərinin təqdimatı, üzv ölkələrin investisiya və ticarət imkanlarının nümayişi, tərəfdaş təşkilatlarla əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün platforma rolunu oynayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR