Bank Of Baku

ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişə tərəflərini ictimaiyyətlərini kompromislərə hazırlamağa çağırır

ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişə tərəflərini ictimaiyyətlərini kompromislərə hazırlamağa çağırır
# 29 yanvar 2007 10:54 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasie (Fransa) və Metyu Brayza (ABŞ) dörd gün davam edən görüşlərdən sonra Ermənistan və Azərbaycan liderləri tərəfindən nümayiş edilən konstruktiv yanaşmadan razı qaldıqlarını bildirirlər. Həmsədrlər qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas prinsiplər toplamının tamamlanması yolunda Ermənistan və Azərbaycan liderləri tərəfindən göstərilən konstruktivlik onları ruhlandırır. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qəbulu və Minsk Qrupu həmsədrlərinin dəstəyi ilə yanvarın 23-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Vardan Oskanyanla Elmar Məmmədyarov arasında görüşün keçirildiyini qeyd edən həmsədrlər yanvarın 24-də Azərbaycan prezidenti İlham Əliyevlə Bakıda, yanvarın 25-də Dağlıq Qarabağa səfər edərək, Arkadi Qukasyanla, yanvarın 26-da isə İrəvanda Ermənistan prezidenti Robert Köçəryanla görüşlər keçirdiklərini bildiriblər. Səfər çərçivəsində keçirdikləri görüşlərdə bütün tərəflərin səylərini qiymətləndirdiklərini qeyd edən bəyanat müəllifləri Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həllinin tapılması işində məsuliyyətin Ermənistan və Azərbaycan prezidentlərinin üzərinə düşdüyünü, Minsk Qrupu həmsədrlərinin bu işdə onlara yardım edəcəyini vurğulayıblar: “Prezidentlər öz milli maraqlarını fəal müdafiə etməkdədirlər, lakin bunu sülh prosesinin davamına imkan yaradan tərzdə edirlər”.
Həmsədrlər münaqişə tərəflərini danışıqlarda əldə olunmuş nəticələri qoruyaraq, öz dövlətlərinin ictimaiyyətlərini kompromislərə hazırlamağa, eyni zamanda tərəflər arasında inamın və anlaşmanın səviyyəsinin artırılması üçün tərəfləri etimad yaradan tədbirlərin axtarışına və atəşkəs rejiminin qorunmasına çağırırlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR