Bank Of Baku

Ermənistan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında iştirak etməyəcək

Ermənistan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında iştirak etməyəcək
# 29 yanvar 2007 14:06 (UTC +04:00)
Ermənistan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında iştirak etməyəcək. APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan parlamentinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Tiqran Torosyan bildirib. Bunu AŞPA-nın aprel sessiyasından az sonra Ermənistanda parlament seçkilərinin keçiriləcəyi ilə izah edən T.Torosyan qurumun rəhbərliyinin bu məsələyə anlayışla yanaşdığını qeyd edib.
Qeyd edək ki, AŞPA-nın yaz sessiyasında Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərlə bağlı müzakirələr aparılacaq.
Onu da əlavə edək ki, Ermənistanda parlament seçkiləri bu ilin mayında keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR