Bank Of Baku

Rusiya ərazisində qeyri-qanuni yaşayan bir neçə azərbaycanlı yaxın günlərdə ölkədən deportasiya ediləcək

Rusiya ərazisində qeyri-qanuni yaşayan bir neçə azərbaycanlı yaxın günlərdə ölkədən deportasiya ediləcək
# 29 yanvar 2007 14:27 (UTC +04:00)
Bu barədə APA-ya məlumat verən Azərbaycanın Rusiyadakı səfirliyin müşaviri Baxış Zeynalov bildirib ki, həmin soydaşlarımız hazırda müvəqqəti saxlanma məntəqəsində saxlanılır, araşdırma bitdikdən sonra onlar Azərbaycana göndəriləcəklər. Buna baxmayaraq, bazarlarda və pərakəndə ticarət məntəqələrdə yoxlamalar davam edir. B.Zeynalov bildirib ki, indiyədək ciddi və kütləvi problemlərin olması barədə səfirliyə məlumat daxil olmayıb.
Rusiya Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdir müavini Denis Soldatikovovun isə APA-ya bildirib ki, yanvarın 15-dən etibarən Rusiya Miqrasiya Xidmətində qeydiyyatdan keçən miqrantların sayı artıq 100 000-i keçib. Miqrasiya Xidmətinin adi rejimində çalışdığını, miqrasiya xidmətində qeydiyyatdan keçmək istəyənlərin heç bir problemlə üzləşmədiyini qeyd edən D.Soldatikov qeydiyyatdan keçənlər arasında neçə azərbaycanlı miqrantın olması barədə sualı cavablandırmayıb: “Bizdə statistik məlumatlar altı aydan bir açıqlanır. Qeydiyyatdan keçən miqrantların hansı millətin təmsilçiləri olması ilə bağlı isə konkret rəqəm söyləmək hələlik mümkün deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR