Bank Of Baku

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının konfransı keçirilib
# 29 yanvar 2007 14:35 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının VII konfransı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, konfransda 394 nümayəndə iştirak edib. Tədbirdə rayon təşkilatının sədri Ağəli Kərimli hesabat məruzəsi ilə çıxış edərək, ilk partiya təşkilatlarının sayının 106-dan 114-ə çatdırıldığını bildirib. Təşkilatın üzvlərinin sayının 4560 nəfər olduğu, onların 44,7 faizini gənclər, 37,6 faizini isə qadınlar təşkil etdiyi qeyd olunub. Partiyanın Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə təşkilatın gündəlik fəaliyyətində modern prinsiplərə üstünlük veriliyini qeyd edib. O, YAP-da partiyadaxili demokratiyanın mövcudluğunu ölkədə fəaliyyət göstərən digər siyasi qurumlar üçün də örnək rolu oynadığını qeyd edib. Konfransda A. Kərimli yenidən sədr seçilib, rayon təşkilatının 45 nəfərdən ibarət şurası, 15 nəfərlik idarə heyəti və 5 nəfərdən ibarət nəzarət təftiş qrupu müəyyənləşib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR