Bank Of Baku

Səməd Seyidov İtaliyada səfərdədir

Səməd Seyidov İtaliyada səfərdədir
# 29 yanvar 2007 14:37 (UTC +04:00)
Bu gün Roma şəhərində İtaliyanın Siena və Peruca universitetləri ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb. Bu barədə APA-ya Milli Məclisin Parlamentlərarası münasibətlər və beynəlxalq əlaqələr komissiyasının sədri, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov məlumat verib. O, rəhbərlik etdiyi universitetdə italyan dilinin tədris olunduğunu bildirərək İtaliya Mərkəzinin açılmasının planlaşdırıldığını da açıqlayıb.
Qeyd edək ki, S. Seyidovun İtaliya parlamentində görüşləri də nəzərdə tutulub. O, İtaliya Deputatlar Palatasının Xarici işlər daimi komissiyasının, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin, İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komitəsinin rəhbərləri ilə görüşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR