Bank Of Baku

Müsavat fevralın 18-nə yürüş-mitinq təyin edib

Müsavat fevralın 18-nə yürüş-mitinq təyin edib
# 29 yanvar 2007 15:14 (UTC +04:00)
Müsavat Partiyasının Divanı fevralın 18-də enerji daşıyıcılarının qiymətlərinin qaldırılmasına etiraz olaraq növbəti yürüş-mitinq keçirməklə bağlı qərar qəbul edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda partiyanın yanvarın 28-də keçirdiyi mitinqin yekunları müzakirə edilib. Kütləvi aksiyaların davamlı olması üçün partiyanın Mitinq Komitəsinin yeni tərkibini təsdiqənib və Arif Hacılı Mitinq Komitəsinin sədri seçilib. Toplantıda “Sərbəst toplaşma azadlığı haqqında” qanuna uyğun olaraq Bakı şəhərinin bütün rayonlarında xüsusi yerlərin ayrılması tələbi ilə şəhər rəhbərliyinə, partiya üçün həftədə 1 saat efir vaxtı ayrılması tələbi ilə İTV-nin və Az.TV-nin rəhbərliyinə müraciət göndərilməsi ilə də bağlı qərar qəbul olunub. Bundan başqa, yanvarın 31-də saat Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı onun Novxanı qəsəbəsindəki abidəsi önündə tədbirinin keçirilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR