Bank Of Baku

Yuri Merzlyakov: “Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüş fevralın ikinci yarısında keçirilə bilər”

Yuri Merzlyakov: “Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüş fevralın ikinci yarısında keçirilə bilər”
# 29 yanvar 2007 15:24 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov deyib. Onun sözlərinə görə, XİN başçılarının növbəti görüşü fevralın ikinci yarısında keçirilə bilər. Görüşün yerinin hələlik müəyyənləşmədiyini bildirən Y.Merzlyakov bunun nazirlərin iş qrafikindən asılı olacağını deyib. Regiona son səfər zamanı prezidentlərə görüş təklif etmələri ilə bağlı açıqlama vermək istəməyən rusiyalı həmsədr prezidentlərlə görüşdə danışıqlar prosesinin davam etməsinin vacibliyinin vurğulandığını qeyd edib: “Hesab edirəm ki, bu proses davam edəcək”.
“Serbiyanı hər zaman müdafiə edən Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində Kosovo nizamlanma variantının bir model kimi Dağlıq Qarabağa şamil olunmasını necə təklif edə bilər” sualının cavabında Y.Merzlyakov deyib ki, Rusiya hər zaman bu məsələdə Belqradla Priştina arasında vahid mövqenin tapılmasının tərəfdarı kimi çıxış edir, Dağlıq Qarabağ münaqişəsinə də yanaşması belədir: “Tərəflər özləri vahid nəticəyə gəlməlidir, onlara hansısa reseptləri təklif etmək düzgün deyil. Serbiya ilə Kosovo vahid fikrə gəlsə, Rusiya onları dəstəkləmək və əldə oluna biləcək razılaşmalara qarant olmağa hazırdır”.
Y.Merzlyakovun sözlərinə görə, həmsədrlərin regiona növbəti səfəri XİN başçılarının görüşündən sonra mümkün ola bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR