Bank Of Baku

Azərbaycan Demokrat Partiyası mayda növbəti qurultayını keçirəcək

Azərbaycan Demokrat Partiyası mayda növbəti qurultayını keçirəcək
# 29 yanvar 2007 15:31 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) mayın birinci yarısında IX qurultayını keçirəcək. Bu barədlə APA-ya partiya sədrinin müavini Həsrət Rüstəmov məlumat verib. Onun sözlərinə görə, bu barədə qərar partiyanın Ali Məclisinin sonuncu iclasında qəbul olunub və qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin tərkibi müəyyənləşib. Bu gün Təşkilat Komitəsinin ilk iclasının keçirildiyini bildirən H. Rüstəmov qurultaya hazırlıqla bağlı iş bölgüsünün aparıldığını, rayon təşkilatlarında konfransıların keçirilməsi üçün qrafikin hazırlandığını qeyd edib. Qurultayın dəqiq vaxtı isə Təşkilat Komitəsinin növbəti iclaslarında müəyyənləşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR