Bank Of Baku

Azərbaycan və Fransa prezidentlərinin görüşü keçirilib

Azərbaycan və Fransa prezidentlərinin görüşü keçirilib
# 29 yanvar 2007 16:15 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, prezidenti Parisdəki Orli Hava Limanında Fransanın müdafiə naziri xanım Mişel Allio-Mari, Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları qarşılayıblar. Qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti Parisin mərkəzi meydanına əklil qoyub. Daha sonra Azərbaycan nümayəndə heyəti Yelisey sarayına gəlib. Burda Azərbaycan və Fransa prezidentlərinin görüşü başlayıb. Görüşdə Azərbaycanla Fransa arasında ikitərəfli əlaqələrin inkişafı, Dağlıq Qarabağ problemi ilə bağlı müzakirələr aparılıb. Görüşdə Jak Şirak Azərbaycan prezidentinə Fransanın Şərəf Legionu Ordenini təqdim edib. Daha sonra isə Azərbaycan prezidentinin şərəfinə ziyafət veriləcək.
Səfər çərçivəsində müxtəlif sahələrə dair sazişlərin, həmçinin Fransa və Azərbaycan prezidentləri arasında birgə bəyannamənin imzalanması gözlənilir.
Səfərdə prezidenti xarici işlər naziri Elmar Məmmədyarov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, iqtisadi inkişaf naziri Heydər Babayev və digər hökumət nümayəndələri, iş adamları müşayiət edir.
Yanvarın 30-da Azərbaycan prezidenti İlham Əliyev Fransanın baş naziri Dominik de Vilpenlə nahar edəcək, Senatın prezidenti Kristian Ponsele, Milli Assambleyanın prezidenti Jan-Lui Debre, XİN başçısı Filipp Düst-Blazi, müdafiə naziri xanım Mişel Allio-Mari, kənd təsərrüfatı və balıqçılıq naziri Dominik Büssero, veteranların işi üzrə səlahiyyətli nazir Xamlaui Mekaşera və Parisin meri Bertran Delanoe ilə görüşlər keçirəcək.
Yanvarın 31-də İlham Əliyev Parisdən Lill şəhərinə gedəcək, Nord-Pa de Kade regionun rəhbərləri və müəssisə rəhbərləri ilə görüşlər keçirəcək və Lill şəhərindən Bakıya qayıdacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR