Bank Of Baku

Ergün Niftəliyev: “Erix Fayqlın Azərbaycanda dəfninin hüquqi problemlər yarada biləcəyi nəzərə alınaraq, o, vətənində torpağa tapşırılacaq”

Ergün Niftəliyev: “Erix Fayqlın Azərbaycanda dəfninin hüquqi problemlər yarada biləcəyi nəzərə alınaraq, o, vətənində torpağa tapşırılacaq”
# 29 yanvar 2007 16:28 (UTC +04:00)
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (XÖYAİDK) əməkdaşlarından ibarət nümayəndə heyəti Erix Fayqlın dəfn mərasimi ilə bağlı texniki-təşkilati məsələləri həll etmək və mərasimdə iştirak etmək məqsədilə Avstriyaya ezam ediləcək. Bu barədə məlumat APA-ya XÖYAİDK-dən daxil olub. Dəfn mərasimində Avstriyadakı Azərbaycan və Türk diaspor təşkilatlarının nümayəndələri, habelə Avropa Azərbaycanlıları Konqresinin rəhbərliyində təmsil olunan şəxslərin də iştirakı gözlənilir. Bundan başqa, mərasimə Avstriyanın bir sıra elm və mədəniyyət xadimləri, dövlət strukturlarında təmsil olunan şəxslər, ziyalılar və KİV nümayəndələri də qatılacaq.
E. Fayqlın Azərbaycanda dəfn olunması ilə bağlı vəsiyyətinə gəlincə, avstriyalı alimin varisi azərbaycanlı tələbə Ergün Niftəliyev APA-ya açıqlamasında deyib ki, mərhumun vətənində dəfn olunması qərara alınıb: “Erix Fayqlın Bakıda dəfn olunması hüquqi problemlər yarada bilərdi. Azərbaycan tərəfi dəfn mərasiminin təşkil olunmasında əlindən gələni edəcək”. E.Niftəliyev deyib ki, Azərbaycanda E.Fayqlın adının əbədiləşdirilməsi üçün tədbirlər də nəzərdə tutulur.
Qeyd edək ki, Vyana Universitetinin professoru, türk tarixinin görkəmli tədqiqatçılarından biri, Avropa Azərbaycanlıları Konqresi İdarə Heyətinin fəxri üzvü E. Fayql yanvarın 26-da, 76 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. O, Azərbaycanın “Tərəqqi” medalı ilə təltif olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR