Bank Of Baku

Millət vəkili Qüdrət Həsənquliyev seçiciləri ilə görüşüb

Millət vəkili Qüdrət Həsənquliyev seçiciləri ilə görüşüb
# 29 yanvar 2007 16:29 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev yanvarın 27-28-də Goranboy rayonunda seçicilərlə görüşüb. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Q. Həsənquliyev səfərinin ilk günündə Qızılhacılı, Səfikürd, növbəti gün isə Tatarlı və Zeyvə kəndlərində seçicilərlə görüşüb, onların problemləri ilə maraqlanıb. Görüşlərdə Qızılhacılı, Səfikürd, Tatarlı və Zeyvə kənd sakinləri əkin torpaqlarının suvarılması ilə bağlı problemin həll edilmədiyini, torpaqlarımızın erməni işğalçılarından müdafiə olunması uğrunda döyüşlərdə iştirak edən şəxslərə hələ də "Müharibə veteranı" vəsiqələrinin verilmədiyini, təbii qaz və digər məsələlərlə bağlı çətinliklərin mövcudluğunu millət vəkilinin diqqətinə çatdırıblar. Tatarlı kəndində keçirilən görüşdə seçicilər kəndin adının onların razılığı olmadan dəyişdirildiyinə etiraz etdiklərini bildiriblər və millət vəkilindən Tatarlı kəndinin adının "Yuxarı Səfikürd" adlandırılması üçün müvafiq qurumlar qarşısında məsələ qaldırmağı xahiş ediblər. Q. Həsənquliyev qeyd olunan problemlərin həlli üçün Meliorasiya və Su Təsərrüfatı Agentliyinə, Respublika Hərbi Komissarlığına, "Azəriqaz" Səhmdar Cəmiyyətinə və digər qurumlara müraciət edəcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR