Bank Of Baku

General Vəli Kiçik dindiriləcək

General Vəli Kiçik dindiriləcək
# 30 yanvar 2007 08:45 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin istefada olan general-mayoru, Dünya Azərbaycanlıları Konqresinin (DAK) türk dünyası ilə əlaqələrə məsul olan nümayəndəsi Vəli Kiçik istintaqa ifadə verəcək. APA-nın Türkiyə bürosunun məlumatına görə, generalın İstanbulda erməni və türk dillərində nəşr olunan “Aqos” qəzetinin baş redaktoru Qrant Dinkin öldürülməsi ilə bağlı aparılan istintaq çərçivəsində dindirilməsi gözlənilir. Qeyd edək ki, V. Kiçik paşanın adı sui-qəsddən dərhal sonra gündəmə gəlib. Q. Dinkin vəkili Ərdal Doğan baş redaktorun V. Kiçik tərəfindən bir neçə dəfə telefon vasitəsilə hədələndiyini bildirib. General isə bu ittihamı rədd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR