Bank Of Baku

Azərbaycan və Fransa prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Azərbaycan və Fransa prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub
# 30 yanvar 2007 09:01 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, görüşdə Fransa prezidenti Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasını arzulayıb. Bu ilin ölkəsində Azərbaycan ili kimi qeyd olunacağını söyləyib. Azərbaycan prezidenti isə ölkədəki ictimai-siyasi vəziyyət, regionda həyata keçirilən böyük iqtisadi layihələr haqqında danışıb. Azərbaycan prezidenti ötən il Belçikada səfərdə olarkən Avropa İttifaqı ilə Azərbaycan arasında enerji məsələləri ilə bağlı strateji tərəfdaşlığa dair Memorandumun imzalandığını vurğulayıb.
İlham Əliyev Dağlıq Qarabağ problemi ilə bağlı danışıqların son mərhələsindən danışıb.
Danışıqlardan sonra Fransa prezidenti Azərbaycanın dövlət başçısına “Fəxri Legionun Böyük Xaç Komandoru” ordenini, Azərbaycan prezidenti isə fransalı həmkarına “Heydər Əliyev” ordenini təqdim edib. Daha sonra Fransa prezidenti İlham Əliyevin şərəfinə dövlət qəbulu təşkil edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR