Bank Of Baku

Belqradda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin diplomatik akademiya nümayəndələrinin görüşü keçirilir

Belqradda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin diplomatik akademiya nümayəndələrinin görüşü keçirilir
# 30 yanvar 2007 09:39 (UTC +04:00)
Bu gün Belqradda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin diplomatik akademiya nümayəndələrinin görüşü keçirilir. XİN Mətbuat və İnformasiya Siyasəti İdarəsindən APA-ya bildiriblər ki, ilk dəfə keçirilən bu tədbir hazırda QDİƏT-ə sədrlik edən Serbiya Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə keçirilir. İki gün davam edəcək toplantıda diplomatik kadrların hazırlanması, QDİƏT-ə üzv dövlətlərin xarici siyasət idarələrinin ali təhsil ocaqları arasında əməkdaşlıq məsələləri müzakirə edilir. Azərbaycan XİN-in Diplomatik Akademiyasının təmsilçisinin də iştirak etdiyi görüşdə Gürcüstan, Rusiya, Ukrayna, Albaniya, Bolqarıstan, Yunanıstan, Moldova, Rumıniya, Serbiya, Türkiyə və Ermənistan nümayəndələri qatılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR