Bank Of Baku

Vladimir Ruşaylo MDB gəncləri ilə görüşəcək

Vladimir Ruşaylo MDB gəncləri ilə görüşəcək
# 30 yanvar 2007 10:10 (UTC +04:00)
Sabah Minskdə MDB icra katibi Vladimir Ruşaylo MDB ölkələri ali təhsil müəssisələri tələbə təşkilatlarının liderləri ilə görüşəcək. APA-nın MDB Katibliyinə istinadən yaydığı məlumatına görə, görüş Minskdə yanvarın 28-dən fevralın 2-nə kimi “Beynəlxalq tələbə forumu” adı altında keçirilən Tələbə və Gənclər Təşkilatları Birliyinin 2-ci qurultayı çərçivəsində keçiriləcək. Qurultayda Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Ukrayna və Ermənistandan 50-dən artıq gənc iştirak edir. Tələbə və Gənclər Təşkilatları Birliyi 2006-cı ildə keçirilmiş tələbə və gənclər liderlərinin 1-ci Forumunda yaranıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR