Bank Of Baku

Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov Belarusa səfər edəcək

Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov Belarusa səfər edəcək
# 30 yanvar 2007 11:38 (UTC +04:00)
Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalovun bu ilin ortalarınadək Belarusa səfər edəcəyi gözlənilir. Bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Səfərin bu ilin birinci yarısında reallaşacağı ehtimal olunur. Belarus tərəfinin dəvəti ilə həyata keçiriləcək səfərdə məqsəd bu ölkənin hərbi-sənaye kompleksi ilə tanış olmaq, əməkdaşlıq məsələlərini müzakirə etməkdir.
Qeyd edək ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2005-ci ilin sonunda keçmiş Xüsusi Maşınqayırma və Konversiya Dövlət Komitəsinin bazasında yaradılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR