Bank Of Baku

“Nota-bene” qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu həbs olunub

“Nota-bene” qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu həbs olunub
# 30 yanvar 2007 12:07 (UTC +04:00)
Qəzetin təsisçisi İlham Tumasın APA-ya verdiyi məlumata görə, ötən ilin dekabrından qəzetin əməkdaşlarına qarşı Nərimanov rayon Məhkəməsində hakim Müslüm Əliyevin sədrliyi ilə başlanmış məhkəmə araşdırması bu gün yekunlaşıb. İ. Tumas deyib ki, daxili işlər naziri Ramil Usubov və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun xüsusi ittiham qaydasında qəzetin rəhbərliyinə qarşı qaldırdığı iddia təmin olunub: “İddia üç nəfərə-qəzetin təsisçisi, baş redaktoru və əməkdaşına qarşı qaldırılmışdı. Prosesdə təsis olaraq mənə qarşı iddiaya xitam verildi, baş redaktor Sərdar Əlibəylinin 1 il 6 ay islah əmək işlərinə cəlb olunması ilə bağlı qərar çıxarıldı, qəzetin əməkdaşı Fərəməz Novruzoğlu isə 2 il müddətinə azadlıqdan məhrum olundu və məhkəmə zalından həbs edildi”.
Nərimanov rayon Məhkəməsinin hakimi Müslüm Əliyev APA-ya açıqlamasında F. Novruzoğlunun Cinayət Məcəlləsinin 147.2 (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaq) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək, həbs olunduğunu bildirib. F. Novruzoğlunun əvvəllər də məhkumluğu olduğunu deyən hakim bunun da nəzərə alındığını söyləyib.
Mətbuat Şurasından APA-ya bildirilib ki, “Nota-Bene” qəzeti ilə bağlı onlara hər hansı müraciət daxil olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR