Bank Of Baku

Paris meri Azərbaycan prezidentinin şərəfinə ziyafət verib

Paris meri Azərbaycan prezidentinin şərəfinə ziyafət verib
# 30 yanvar 2007 12:14 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, burada ölkə başçısını Parisin meri Bertran Delanoe qarşılayıb. Merlə görüşdən sonra Azərbaycan prezidentinin şərəfinə ziyafət verilib.
Bu gün ölkə başçının həmçinin Fransanın baş naziri Dominik de Vilpen, Senatın prezidenti Kristian Ponsele, Milli Assambleyanın prezidenti Jan-Lui Debre, XİN başçısı Filipp Düst-Blazi, müdafiə naziri xanım Mişel Allio-Mari, kənd təsərrüfatı və balıqçılıq naziri Dominik Büssero, veteranların işi üzrə səlahiyyətli nazir Xamlaui Mekaşera ilə görüşləri gözlənilir. Səfər çərçivəsində bir neçə sazişin imzalanması da gözlənilir.
Səfərdə prezidenti xarici işlər naziri Elmar Məmmədyarov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, iqtisadi inkişaf naziri Heydər Babayev və digər hökumət nümayəndələri, iş adamları müşayiət edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR