Bank Of Baku

Qarsın bələdiyyə başqanı Naif Əlibəyoğlu: “Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyası Türkiyə üçün ciddi təhlükədir”

Qarsın bələdiyyə başqanı Naif Əlibəyoğlu: “Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyası Türkiyə üçün ciddi təhlükədir”
# 30 yanvar 2007 12:17 (UTC +04:00)
“Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyası Türkiyə üçün ciddi təhlükə kəsb edir”. APA-nın məlumatına görə, bu sözləri İqdır və Qars şəhərlərində səfərdə olan Azərbaycanın bir qrup KİV rəhbərini qəbul edən Qarsın bələdiyyə başqanı Naif Əlibəyoğlu deyib. APA-nın səfərdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, N.Əlibəyoğlu bu məsələyə BMT-dəki çıxışında da toxunduğunu vurğulayıb: “Mən bildirdim ki, “Metsamor” AES-in yenidən qurulması üçün Avropa Birliyi və digər beynəlxalq təşkilatlar səviyyəsində ayrılan vəsait Dağlıq Qarabağ müharibəsinə sərf olunur. Buna görə də “Metsamor” AES bağlanmalıdır. Bundan başqa, AES-in İqdırdan 15 km, Qarsdan isə 90 km uzaqlıqda yerləşir. “Metsamor”un zəlzələ zolağında yerləşməsi bu təhlükəni daha da artırır. Mən Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd əl-Baradeylə görüşümdə də “Metsamor”un bağlanması məsələsini qaldırdım, AES-ə ekspert qrupunun göndərilməsinə nail olduq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR