Bank Of Baku

Səfər Əbiyevin Ukraynanın Azərbaycandakı səfiri ilə görüşündə ikitərəfli hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub

Səfər Əbiyevin Ukraynanın Azərbaycandakı səfiri ilə görüşündə ikitərəfli hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub
# 30 yanvar 2007 12:18 (UTC +04:00)
Bu gün Azərbaycan müdafiə naziri Səfər Əbiyev Ukraynanın Azərbaycandakı səfiri Stepan Volkovetskini və yeni təyin olunmuş hərbi attaşesi, general-mayor Vasili Venqeri qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə səfir hərbi attaşeni nazirə təqdim edib. Yeni təyinatı münasibətilə hərbi attaşeni təbrik edən S.Əbiyev bildirib ki, Azərbaycan-Ukrayna münasibətləri istənilən səviyyədədir. Nazir qonaqlara Ermənistan-Azərbaycan münaqişəsi, Cənubi Qafqazda mövcud olan hərbi-siyasi vəziyyət barədə məlumat verib. Görüşdə ikitərəfli hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR