Bank Of Baku

ADP sədri Rəsul Quliyev: “ADP Ali Məclisinin son qərarı nəticəsi olmayacaq kağız parçasıdır”

ADP sədri Rəsul Quliyev: “ADP Ali Məclisinin son qərarı nəticəsi olmayacaq kağız parçasıdır”
# 30 yanvar 2007 15:17 (UTC +04:00)
“Mənim ADP Ali Məclisinin son qərarının mətninə və ondan irəli gələn məzmuna heç bir iradım yoxdur. Söhbət qərarın real əhəmiyyətindən gedirsə, bu, sadəcə olaraq nəticəsi olmayacaq bir kağız parçasıdır. Əlbəttə hökumətin ucbatından”. Bunu APA-ya eksklüziv müsahibəsində ADP Ali Məclisinin təşkilatın siyasi kursunun dəyişməsi ilə bağlı son qərarına münasibət bildirən partiyanın sədri Rəsul Quliyev deyib. ADP-nin bu ideyasının yeni olmadığını xatırladan R. Quliyev bir il bundan öncə özünün Azərbaycanda ümumi toplantı keçirilməsi ideyasını səsləndirdiyini, bu məsələni bir çox partiya funksionerləri və ictimai təşkilatların nümayəndələri ilə müzakirə etdiyini, forumda YAP-ın da iştirakının nəzərdə tutulduğunu və işin yekunlaşmaq üzrə olduğunu xatırladıb: “Bu məsələ yenə gündəmdədir, amma mən YAP-ın forumda iştirak edəcəyinə inanmıram. Söhbət tək ADP-nin hökumətlə dialoqa getməsindən, hətta bütün müxalifət partiyalarının dialoqundan yox, ümumiyyətlə, ölkədə olan proqressiv qüvvələrin ümumi dialoqundan gedir. Mənim rəhbərlik etdiyim ADP heç vaxt Azərbaycan xalqından gizlin ,müxalif qüvvələrin əleyhinə, bəzi funksionerlərin şəxsi maraqları naminə separat danışıqlara gedə bilməz. Bu qərar ətrafında belə ajiotajın yaradılmasının heç bir məntiqi əsası yoxdur”. Məsələnin Ali Məclisdə müzakirəsindən xəbəri olmadığını bildirən R. Quliyev çox vaxt məclisdə müzakirə olunan məsələlər barədə xəbərsiz olduğunu da etiraf edib: “Məni ancaq əhəmiyyətli məsələlər maraqlandırır, son məclisdə əsas məsələ qurultayın keçirilməsi ilə bağlı idi”. Siyasi mübarizəsini davam etdirəcəyini bildirən R. Quliyev bunun bir partiya çərçivəsində olmayacağını da vurğulayıb. O, ayrı-ayrı şəxslər yox, partiya üzvlərinin heç olmazsa 30 %-i əsas məqsədinə maneçilik yaradacağı təqdirdə istefa verə biləcəyini söyləyib. Sərdar Cəlaloğlunun onun partiyanın son qərarı ilə razılaşmayacağı halda istefa verə biləcəyi ilə bağlı söylədiklərinə münasibət bildirən ADP sədri müavinini jurnalistlərlə görüşəndə dəyişməkdə ittiham edib: “ Jurnalistlərlə görüşəndə Sərdar Cəlaloğlunda izafi coşğunluq yaranır, sensasion müsahibələr verməyə meyllənir, bu mənim problemim deyil, ancaq müəyyən etiket qaydaları var, gərək həmişə ona əməl etməyə çalışasan”.
Bu qərarı ADP-nin siyasi kursunun dəyişməsi kimi qəbul etməyən R. Quliyev bu gün müxalifət və hökumətdən heç bir təşkilatın müsbət imici olmadığını da söyləyib. Partiyasının “Azadlıq” blokunda fəaliyyətini davam etdirməkdə maraqlı olduğunu bildirən ADP sədri hazırkı şəraitdə prezident seçkilərindən söhbət açmaq istəmədiyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR