Bank Of Baku

YAP-çı gənclər Ukraynaya səfərdən qayıdıb

YAP-çı gənclər Ukraynaya səfərdən qayıdıb
# 01 fevral 2007 08:56 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin nümayəndələrinin Ukraynaya səfəri başa çatıb. Bu barədə APA-ya YAP Gənclər Birliyinin sədrinin müavini Zaur Adıgözəlov məlumat verib. Z.Adıgözəlov bildirib ki, YAP-çı gənclər Ukrayna Regionlar Partiyasının Gənclər Təşkilatının dəvəti ilə baş tutan səfər zamanı Slavyan Gənclər təşkilatlarının beynəlxalq konfransında qonaq qismində iştirak ediblər. Onun sözlərinə görə, səfər ərəfəsində bir sıra ölkələrin beynəlxalq təşkilatlarının rəhbərləri ilə görüş keçirilib və ikitərəfli əlaqələrin yaradılması perspektivləri müzakirə olunub. Z.Adıgözəlov Ukrayna gənclərini bu ilin martında Bakıda keçirilməsi nəzərdə tutulan “Gənclər sülh və təhlükəsizlik tərəfdarıdır” mövzusundakı beynəlxalq konfransa dəvət etdiklərini deyib. Ukraynalı gənclər dəvəti müsbət qəbul ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR