Bank Of Baku

Azərbaycan Yolu Siyasi Hərəkatı AXCP Zərdab rayon təşkilatını öz sıralarına cəlb etdiyini bildirir

Azərbaycan Yolu Siyasi Hərəkatı AXCP Zərdab rayon təşkilatını öz sıralarına cəlb etdiyini bildirir
# 01 fevral 2007 10:10 (UTC +04:00)
AXCP Zərdab rayon şöbəsinin Məclisi yerli təşkilatın Azərbaycan Yolu Siyasi Hərəkatına (AYSH) qoşulması ilə bağlı qərar qəbul edib. Bu barədə APA-ya AYSH-nin mətbuat xidmətindən məlumat verilib. AXCP-dən istefa vermiş cəbhəçilərin sayının 250 nəfər olduğu bildirilir. Onların içində yerli təşkilatın sədri Camal Səfərov, Məclis sədri Yaşar Rüstəmov və NTK sədri İsmayıl Qasımov da var. AYSH-nin məlumatında həmçinin AXCP və Müsavatın Sabirabad rayon təşkilatlarının 16 üzvünün birgə bəyanat imzalayaraq hərəkata keçdikləri də əksini tapıb. AXCP sədrinin təşkilat məsələləri üzrə müavini Həsən kərimov isə məlumatın doğru olmadığını deyib. Onun sözlərinə görə, AYSH üzvləri AXCP-nin Zərdab təşkilatını hərəkata cəlb etmək üçün sözügedən rayonda olublar: “Onlar cəbhəçiləri almaq üçün müəyyən təkliflər ediblər, amma cəbhəçilər hərəkat üzvlərini rayondan qovublar. Bu bəyanatdan cəbhəçilərin xəbəri yoxdur”. Müsavat başqanının təşkilat məsələləri üzrə müavini Avrif Hacılı da xəbəri təkzib edərək AYSH adlı qurum tanımadığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR