Bank Of Baku

Yaqub Abbasov: “ADP sədrliyinə namizədliyimi verəcəyəm”

Yaqub Abbasov: “ADP sədrliyinə namizədliyimi verəcəyəm”
# 01 fevral 2007 10:59 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Yaqub Abbasov deyib. Y.Abbasov ADP-nin sədr seçkisinə hazırlıqla bağlı rayonlara gedəcəyini və tərəfdar toplayacağını vurğulayıb: “ADP sədri Rəsul Quliyev demokratik insandır. Onun özü də partiyanın mayda keçiriləcək qurultayında seçkili orqanlarda, o cümlədən sədr seçkisində alternativliyin olmasını istəyir. Hələ 2000-ci ildə Demokratik Yol Partiyasının sədri idim. O vaxt partiyamız ADP ilə birləşəndə, çətin situasiya yaranmışdı. Partiyanın üzvləri birləşmək istəmirdi. Bütün çətinliklərə baxmayaraq, birləşmək qərarı verildi, ancaq həmin vaxt partiyanın fəalları ADP-də həmtəsisçiliyimi istədilər. O dövrdə mən bu iddiada deyildim. Ancaq indi sədrlik iddiamı ortalığa qoymaq niyyətindəyəm”. Y.Abbasov tərəfdarlarının, həmçinin, 2008-ci il prezident seçkilərində partiyanın namizədi kimi çıxış etməsini istədiklərini də söyləyib: “Prezident seçkilərinə hələ xeyli var. Seçkilər normal, demokratik mühitdə keçirilərsə, ADP-nin prezidentliyə namizədi kimi proseslərə qatıla, partiyanın namizədlərindən biri ola bilərəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR