Bank Of Baku

Milli Məclisin yaz sessiyasının ilk iclasında qalmaqal baş verib

Milli Məclisin yaz sessiyasının ilk iclasında qalmaqal baş verib
# 01 fevral 2007 11:04 (UTC +04:00)
APA-nın məlumatına görə, sessiyanın ilk iclasında Tarif Şurasının enerji daşıyıcılarının qiymətinin artırılması ilə bağlı 6 yanvar tarixli qərarı əsas müzakirə mövzusu olub. Hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar çıxış edərək, bu qərarı ölkədəki iqtisadi inkişafın və əhalinin rifah halının yüksəlməsinin göstəricisi kimi qiymətləndiriblər. Deputat Cəmil Həsənli isə qiymətlərin artırılmasını tənqid edib. Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn söz istəsə də, çıxış edə bilməyib. Spiker Oqtay Əsədov cari məsələlər üçün ayrılmış vaxtın bitdiyini elan edib. Bundan sonra P. Hüseyn iki dəfə tribunaya yaxınlaşaraq söz istəyib və spikeri deputatlara əvvəldən hazırlanmış siyahı üzrə söz verməkdə günahlandırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR