Bank Of Baku

QAT Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın son açıqlaması ilə bağlı bəyanat verib

QAT Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın son açıqlaması ilə bağlı bəyanat verib
# 01 fevral 2007 11:17 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı (QAT) Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın son açıqlaması ilə bağlı bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilib ki, V. Oskanyanın açıqlaması Minsk Qrupu həmsədrlərinin ermənipərəst mövqeyindən irəli gəlib. Bəyanatda danışıqların Azərbaycanın təslimçi sülhə məcbur edilməsinə yönəldildiyi də vurğulanıb: “Həmsədrlərin təklif etdiyi “Çərçivə sazişi”nin prinsiplərinin də birmənalı şəkildə Ermənistanın maraqlarına uyğun olduğu bəlli olur. Bu səbəbdən Azərbaycan hakimiyyəti bu danışıqlarda iştirak etməklə ölkənin milli maraqlarına xəyanət edir. Qarabağ Azadlıq Təşkilatı hakimiyyətdən Azərbaycanın maraqlarına zidd olan danışıqları dərhal dayandırmağı tələb edir. Azərbaycan xalqı öz torpaqlarını yalnız hərbi yolla işğaldan azad edə bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR