Səfir Arif Məmmədov: “Azərbaycan Avropa Şurasının bütün proqramlarında fəal iştirak etməlidir”
- Azərbaycan üçün Aİ ilə AŞ-nin fərqi ilk növbədə ondan ibarətdir ki, biz AŞ-nin üzvüyük, Aİ-nin isə yox. Aİ əlbəttə ki, həm iqtisadi, həm də siyasi baxımdan çox qüdrətli bir dövlətlər birliyidir. 100 milyard avro büdcəsi olan bu təşkilat çox güclü maliyyə imkanlarına malikdir və təbii ki, onun imkanları daha genişdir. Aİ beynəlxalq qurum da deyil, dövlətlər birliyi, dövlətlərin hansısa bir milli səlahiyyətlərinin Avropa Komissiyasına, Brüsselə həvalə edilməsidir. AŞ isə beynəlxalq təşkilatdır və burada, ilk növbədə, insan hüquqlarına, demokratiyaya dair məsələlərə xüsusi önəm verilir. Bu təşkilata tam hüquqlu üzv kimi biz sözümüzü burada hər zaman deyirik. Aİ-nin Qonşuluq Siyasəti proqramında, məsələn, maliyyə paketi, iqtisadi xarakter daşıyan layihələr və proqramlar var. Azərbaycan prezidenti Belçikaya, Aİ-yə səfəri zamani çox aydın və birmənalı bildirdi ki, on il əvvəllə müqayisədə, indi Azərbaycanın hansısa maliyyə yardımına, humanitar proqramlara ehtiyacı yoxdur. Biz artıq iqtisadi baxımdan inkişaf etmiş qüdrətli bir dövlətik və bizim ehtiyacımız, əsasən, cəmiyyətimizin demokratik sahədə inkişaf etməsi ilə bağlıdır. Bu sahədə mənə elə gəlir ki, AŞ-nin rolu çox önəmlidir. İqtisadi baxımdan, ölkə nə qədər güclü, nə qədər varlı olursa olsun, demokratik baxımdan inkişaf etmədiyi, sivil cəmiyyətin qurulmadığı halda, əlbəttə ki, dövlət də ümumilikdə zəif olacaq. Ona görə bu sahədə AŞ-nin işi, rolu və bizim apardığımız işlər çox önəmlidir. Bundan başqa, qeyd olunan sahələrdə Aİ-AŞ əməkdaşlığı da bizim uçun çox vacibdir.
- Uzun müddətdir, Avropa çalışan diplomat kimi, Sizcə, Avropa dəyərləri ilə Azərbaycan dəyərlərini uzlaşdırmaq mümkündürmü?
- Mən Aİ ilə uzun müddət ünsiyyətdə olmuşam və bu, öz növbəsində, dünya görüşümə və digər məsələlərə öz təsirinin göstərib. Məsələn, bu yaxınlarda erməni səfiri çıxış edərək, qondarma “erməni soyqırımı” məsələsini yenə qabartdı. Mən isə dedim ki, gərək irəli baxaq. O millət ki, həmişə keçmişə istinad edir, keçmişdə də qalır, o millət ki, gələcəyi görür, gələcəyə can atır, gələcəyə doğru da uğurla irəliləyəcək. Dedim 20-ci əsrin əvvəllərindəki məsələlərə toxunursunuz, bəs 20-ci əsrin sonunda törədilənlərdən kim danışacaq? Yəni, tarixi bilmək, tarixə istinad etmək yaxşıdır, lakin müəmmalı keçmişlə yaşamaq insana, dövlətə, hökumətə heç vaxt xeyir gətirməz. Yalnız gələcək haqda düşünməliyik, Avropa da bu gün bizə məhz bunu təklif edir. Avropa təklif edir ki, münaqişəsiz, sülh yolu ilə güclü, qüdrətli, demokratik bir cəmiyyət quraq. Biz gərək, inkişaf edib cəmiyyətlərimizi, ölkələrimizi qüdrətləndirmək barədə düşünək. Mənə elə gəlir ki, demokratik prinsiplərin daha çox inkişaf edəcəyi cəmiyyət, iqtisadi baxımdan daha güclü olacaq. Yəni, biz nə qədər demokratik, nə qədər iqtisadi baxımdan güclü olsaq, Azərbaycan vətəndaşı olmağın önəmi o qədər artacaq. Azərbaycan prezidenti də dəfələrlə söyləyib ki, etnik ermənilərə yüksək statuslu muxtariyyət verməyə, Azərbaycan vətəndaşları kimi iqtisadi baxımdan inkişaflarına imkan yaratmağa hazırıq. Azərbaycan bu gün Dağlıq Qarabağın inkişafına indiki büdcəsindən dəfələrlə yüksək yardımlar etməyə hazırdır və bu, regionun inkişafına imkan yarada bilər. Bunu da biz gərək düzgün çatdıraq. Orada yaşayan vətəndaşlarımız bilməlidirlər ki, Azərbaycan sərhədi və hakimiyyəti çərçivəsində yaşamaq, Azərbaycan vətəndaşı olmaq, demokratik Azərbaycan cəmiyyətində inkişaf etmək onların gələcək nəsillərinin də inkişafı deməkdir.
- Azərbaycan-AŞ münasibətlərində hansı yeniliklərin tərəfdarısınız, Diplomatik sahədə münasibətlərin hansı formada qurulmasını istərdiniz?
- Mənə ələ gəlir ki, biz bütün məsələlərlə bağlı müzakirələrə qoşulmalıyıq. Bu formada iş aparsaq, digər Avropa ölkələrinin də bizə marağı artar. Yəni, hər bir fürsətdən yararlanmağımız, yalnız Azərbaycan və Qafqaz regionu deyil, başqa dövlətləri də əhatə edən digər beynəlxalq problemlər, energetika, insan hüquqları məsələlərinin müzakirələrində fəal iştirakımız çox vacibdir. Üzv ölkələrin AŞ-də rolu güclənir və mənə elə gəlir ki, hansısa məqamlarda bəlkə də Aİ bundan o qədər razı deyil. Çünki AŞ-də Rusiyanın, eləcə də digər ölkələrin çəkisi artır, təzyiq mexanizmləri daha da genişlənir, bu məsələlərə güclü siyasətçi və diplomatlar cəlb olunur. Bilirsiniz ki, Aİ Fundamental Hüquqlar Agentliyinin yaradılması haqda qərar verib. Doğrudur, bu Agentliyin AŞ-nin və Avropa İnsan Haqları üzrə Məhkəmənin işinə hansısa problem yaratmayacağını bəyan edirlər. Lakin bu, bugünkü bəyanatlardır və mənə elə gəlir ki, Aİ elə bir agentlik yaratmaq istəyir ki, öz məsələlərini yalnız bu qurumun vasitəsilə müzakirə etsin. AŞ-də artıq digər dövlətlərin gücünü, qurumun katibliyində və digər sahələrində fəaliyyətlərini nəzərə alsaq, demək olar ki, bu agentliyin məqsədi bütün bunları məhdudlaşdırmaqdan ibarətdir. Bu agentliyin yaranması bəlkə də yaxın yox, uzaq perspektivdə AŞ uçun problemlər yaradacaq. Nəzərə alsaq ki, Aİ-nin həftəlik büdcəsi AŞ-nin illik büdcəsinə bərabərdir, onda AŞ üçün bu problemlərin yaranacağı şübhəsizdir. Biz də bu proseslər fonunda Azərbaycanın müsbət tərəflərini göstərməli, özümüzü Avropa dəyərlərinə yaxın xalq kimi təqdim etməli, özümüz haqqında müsbət rəy yaratmalıyıq, hami görməlidir ki, Azərbaycan ümumavropa səviyyəsində anlanılan və qəbul edilən hansısa müsbət təkliflər verdi, o zaman bizimlə hesablaşmağa başlayacaqlar. Fikrimcə, bizdə iqtisadi inkişafla sivil cəmiyyətin qurulması istiqamətində inkişaf paralel getməlidir. Biz, gərək, Avropa abı-havasını tutaq, AŞ-nin bütün proqramlarında fəal iştirak edək. Özü də tək Bakıda deyil, regionlarda da bunların reallaşması çox zəruridir. Yuxarıda qeyd etdiyim sahələr üzrə Avropanın çox böyük təcrübəsi var və bizim uçun bunun alternativi yoxdur. Hər şey mentalitetdən başlayır, biz gərək, Avropa mentalitetinin qəbulunu daha da tezləşdirək. Bu, yalnız dövlət siyasəti olmamalıdır, ümumiyyətlə, bütün cəmiyyətdə müxtəlif proqramlar həyata keçirilməlidir, Avropanı görmək, eşitmək, Avropa ölkələrinə getmək lazımdır. Bu sahədə olan proqramlar cəmiyyətin inkişafına bir növ təkan verir. Məsələn, götürək tələbələrimizin Avropada təhsil almalarını. Cənab prezidentin Azərbaycan tələbələrinin xaricdə təhsil almalarına dair imzaladığı proqram bu sahədə atılmış böyük addımdır. Bu baxımdan düşünürəm ki, biz 36% iqtisadi inkişafla kifayətlənməməli, digər Avropa standartlarında, sivil cəmiyyətin qurulması və mentalitetimizin daha çox bu standartlara uyğunlaşdırılmasında daha irəli getməli, daha geniş addımlar atmalıyıq. Bu sahədə AŞ-də kifayət qədər işlər və müvafiq sənədlər var. Bu işlərlə tanış olduqca, görürsən ki, nə qədər dəyərli fikirlər mövcuddur və bu fikirlərin Azərbaycan uçun də önəmli böyükdür. AŞ-nin bütün bu sənədlərinə lazımi diqqət yetirilməlidir. Gərək, baxaq görək, Azərbaycanda bunları necə tətbiq etmək olar. İnkişaf etmiş ölkələrin müsbət təcrübəsini bizim cəmiyyətə düzgün tətbiq edə bilsək, çox şeyə nail olarıq. /APA/
Daxili siyasət
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib - FOTO - YENİLƏNİB
Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları “Dəmirli” Filiz Emalı Kompleksində görülən işlərlə tanış olub
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olublar
Xəbər Lenti
MCDF: Orta Dəhliz qlobal ticarətdə strateji əhəmiyyətini artırır
Nazir müavini: Azərbaycan Orta Dəhliz və nəqliyyat şəbəkəsini gücləndirmək üçün böyük infrastruktur layihələrini sürətləndirir
Təkrar keçiriləcək buraxılış imtahanında 365 nəfərin iştirakı nəzərdə tutulur
Bu günün valyuta məzənnələri
Əmtəə bazarlarında təbii qazın dəyəri azalıb
Dünya bazarlarında neft ucuzlaşıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
DÇ-26: Meksika Cənubi Koreyanı məğlub edib
Peruda sərnişin avtobusu aşıb: 11 nəfər ölüb, 20 nəfər yaralanıb
ABŞ ordusu narkotik daşıdığı bildiriliən gəmiyə zərbə endirib
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
DÇ-2026: Kanada Qətərə acımadı
Nyu-Yorkda atışma baş verib, bir nəfər saxlanılıb
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb
Uitkoff: İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək
DÇ-2026: İsveçrə Bosniya və Herseqovinanı darmadağın edib
ABŞ Livan siyasətçilərinin adını sanksiyalar siyahısına əlavə edib
Ağdamda avtomobil 4 piyadanı vurub
Makron ABŞ-İsrail-İran müharibəsinin bitmədiyinə inandığını deyib
Tramp: ABŞ İsrail, Livan və “Hizbullah” arasında atəşkəs gözləyir
Moskvadakı ticarət mərkəzinə PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb
Astarada avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var
AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının açılış mərasiminə dair videomaterial paylaşılıb
Xamenei əvvəlcə ABŞ ilə danışıqların əleyhinə olduğunu açıqlayıb
DÇ-26: Çexiya və CAR xalları bölüşdü
ABŞ ordusu: İran limanlarına və sahil ərazilərinə daxil olan və çıxan bütün dəniz nəqliyyatına qarşı blokada qaldırılıb
ABŞ İranla razılaşmaya uzaqmənzilli raketlərin qadağan edilməsini də daxil etmək istəyir
Türkiyə MTŞ-də Rusiya–Ukrayna müharibəsi və Cənubi Qafqazda sülh prosesi müzakirə olunub
Vens: ABŞ faktiki olaraq İran dəniz limanlarının blokadasını ləğv edib
Azərbaycan və Pakistan XİN rəhbərləri ABŞ-la İran arasındakı razılaşmanı müzakirə edib
Səfir Tofiq Bəhramovdan danışıb: Ümid edək ki, bu dəfə İngiltərə yığmasının belə bir dəstəyə ehtiyacı olmayacaq
Britaniya səfiri: Azərbaycanla müdafiə sahəsində münasibətlərimiz tarixinin ən güclü dövrünü yaşayır
Pezeşkian Qətər Əmirinə təşəkkür edib
Azərbaycanla Latviya arasında strateji dialoqun növbəti iclası keçirilib
ABŞ-ın Vitse-prezidenti: İranla saziş üzrə 60 günlük müddət bu gün başlayır
FHN geyiminin zəncirbəndi göz qapağına ilişən qadına köməklik göstərib - VİDEO
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft daşınıb, İran heç bir tankerə atəş açmayıb
"Tasnim": İran nümayəndə heyətinin Cenevrəyə səfəri hələlik dəqiqləşməyib
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalı keçirilir - FOTO
DÇ-26: İsveçrə qələbə axtarışında
Azərbaycan-Rumıniya strateji tərəfdaşlıq münasibətlərinin vəziyyəti müzakirə olunub
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - VİDEO - YENİLƏNİB-4 - FOTO
Zaxarova: NATO Ermənistan hərbçilərinə Rusiyaya qarşı döyüşməyi öyrədəcək
Xaricə tur paketlər vəd edərək pul ələ keçirməkdə şübhəli bilinən şəxs beynəlxalq axtarışa verilib
Tramp: İran heç vaxt nüvə silahı əldə etməyəcək, dünya təhlükəsiz olacaq
Azərbaycan və Rumıniya arasında “Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə müzakirələr aparılıb