Bank Of Baku

Yaqub Abbasov: “ADP səmimiliyini YAP rəhbərliyinə sübut etmək üçün növbəti addım atmaq niyyətində deyil”

Yaqub Abbasov: “ADP səmimiliyini YAP rəhbərliyinə sübut etmək üçün növbəti addım atmaq niyyətində deyil”
# 01 fevral 2007 11:36 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) hakimiyyətlə dialoq təklifində səmimiliyini YAP rəhbərliyinə sübut etmək üçün növbəti addım atmaq niyyətində deyil. Bu barədə APA-ya ADP sədrinin müavini Yaqub Abbasov məlumat verib. Onun sözlərinə görə, artıq partiya Azərbaycan prezidenti, YAP sədri İlham Əliyevə müraciət edib, Ali Məclisin qərarı da müraciətə əlavə olunub. Siyasi dialoqun baş tutması üçün YAP sədrindən nümayəndə ayırmasının xahiş olunduğunu bildirən Y. Abbasov ADP-nin siyasi xəttində ardıcıl olduğunu vurğulayıb: “Biz istəyirik ki, ümummilli forumun keçirilməsi üçün YAP-la danışıqlar başlasın. Öz hərəkətlərimizdə səmimiyik və başqa heç bir addım atmaq fikrində deyilik. Başqa hansı addım atılmalıdır ki?! İnanmıram ki, onlar hansısa addımın atılmasını istəyirlər. Dialoq şərtlə yox, şərtsiz olmalı, heç bir şərt qoyulmamalıdır”. Y. Abbasovun sözlərinə görə, iqtidar və müxalifətin bir-birinə inanaraq bir masa arxasında əyləşməsinin zamanı yetişib: “Biz ilk addımımızı atmışıq, indi onların addımını gözləyirik. Bu bizim səmimiliyimizin bir əlamətidir. Səmimi olaraq da bildirmişik ki, müxalifət mövqeyində qalırıq, “Azadlıq” blokunda fəaliyyətimizi davam etdiririk”./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR