Bank Of Baku

Ermənilər yanvar ayı ərzində atəşkəsi 16 dəfə pozublar

Ermənilər yanvar ayı ərzində atəşkəsi 16 dəfə pozublar
# 01 fevral 2007 10:59 (UTC +04:00)
APA-nın Müdafiə Nazirliyi tərəfindən təsdiq olunmuş məlumatlar əsasında apardığı aylıq monitorinqin nəticələrinə görə, ötən bir ayda atəşkəsin ən çox pozulması faktı Ağdam rayonunda qeydə alınıb. Ermənilər tərəfindən cəbhənin Ağdam rayonu istiqamətində atəşkəs rejimi ay ərzində 7, Füzuli rayonunda 4 dəfə pozulub. Atəşkəsin digər pozulduğu ərazilər isə Tərtər, Qazax, Goranboy və Cəbrayıl rayonları olub.
Hesabat dövründə Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu, gizir Şahin Əliyev (Füzuli rayonunda) həlak olub. Ötən ay ərzində yaralı əsgərimiz olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR