Bank Of Baku

Hidayət Orucov Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Hidayət Orucov Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
# 01 fevral 2007 12:37 (UTC +04:00)
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlunu qəbul edib. Bu barədə APA-ya komitənin mətbuat xidmətindən məlumat verilib. Tanışlıq məqsədi daşıyan görüşdə səfir artıq Azərbaycandakı vəziyyətlə yaxından tanış olmağa başladığını bildirib. Ölkədə mövcud olan dinlərarası tolerantlığın Azərbaycanın böyük uğuru olduğunu deyən səfir bunu dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının nəticəsi kimi qiymətləndirib. İndiyə qədər Türkiyənin Azərbaycana təyin olunmuş səfirləri ilə yaxından əməkdaşlıq etdiyini bildirən H.Orucov yenə də münasibətlərin yüksək səviyyədə olacağına inandığını deyib. Səfirin suallarını cavablandıran H.Orucov Azərbaycanda yayılmış dini cərəyanlar, qeydiyyatdan keçmiş dini icmalar barədə məlumat verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR