Bank Of Baku

Aydın Quliyev: “ADP-nin qərarı ölü doğulmuş qərardır”

Aydın Quliyev: “ADP-nin qərarı ölü doğulmuş qərardır”
# 01 fevral 2007 13:01 (UTC +04:00)
“Hələ illər öncə mən ADP-nin siyasi kursunun müxtəlif istiqamətləri - hakimiyyətlə münasibətlər, müttəfiqlərlə münasibətlər və beynəlxalq korpusla fəaliyyət sahəsində partiyanın taktikasına ciddi dəyişikliklər edilməsinə zərurət olduğunu bildirmişdim. Çox təəssüf ki, bu gün atılan addımlar gecikib”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyası (ADP) Ali Məclisinin keçmiş üzvü, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib. ADP Ali Məclisinin hakimiyyətlə konstruktiv dialoq aparmaqla bağlı qəbul etdiyi qərara münasibət bildirən A. Quliyevin sözlərinə görə, partiyanın yeni kursunun təqdimatı elə həyata keçirilib ki, cəmiyyətdə qeyri-müəyyənlik yaranıb, partiyanın nüfuzu zədələnib, müttəfiqlərlə münasibətlər korlanıb. O, həmçinin qarşı tərəfdən təklifə reaksiyaların ciddi olmadığını əsas gətirərək bu qərarın ölü doğulduğunu vurğulayıb. Qərarın partiya sədri Rəsul Quliyevdən xəbərsiz qəbuluna gəldikdə, A. Quliyev bunu da yaxşı hal hesab etmədiyini deyib: “Görünür, bununla bağlı Rəsul Quliyevlə məsləhətləşməməkdə xüsusi niyyət olub. Məndə dəqiq məlumat var ki, ADP sədrinin müavinlərindən biri qərarın qəbulundan sonra rayon təşkilatlarının sədrləri ilə çox yanlış istiqamətdə iş aparır, onları inandırmağa çalışır ki, guya bu qərar əvvəlcədən Rəsul Quliyevlə razılaşdırılıb. Yəni hazırda bu cür təxribata başlayıblar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR