Bank Of Baku

YAP-ın təşkilatçılığı ilə Ümumrespublika Gənclər Forumu keçirilib

YAP-ın təşkilatçılığı ilə Ümumrespublika Gənclər Forumu keçirilib
# 01 fevral 2007 13:18 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Ümumrespublika Gənclər Forumu keçirilib. APA-nın məlumatına görə, forumda çıxış edən YAP Gənclər Birliyinin sədri Ramin Həsənov Azərbaycan gəncinin əldə etdiyi uğurlar, dövlətin gənclərə qayğısından danışıb. R.Həsənov bildirib ki, Azərbaycan gənci hər zaman dövlətinə, dövlətçiliyinə sadiq olub və indən sonra Azərbaycanın inkişafı üçün əlindən gələni edəcək. Azərbaycanda Gənclər Gününün prezident Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamdan sonra qeyd edildiyini deyən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, ölkədə gənclərlə bağlı uğurlu siyasət həyata keçirilir. Azərbaycan dövləti bu siyasəti müəyyənləşdirən Gənclər Proqramı hazırlayıb. Ölkə gənclərinin əhalinin 65 faizini təşkil etdiyini deyən nazir yaxın vaxtlarda Azərbaycan prezidentinin fəal gənclərlə görüşünün gözlənildiyini bildirib. Gənclərin Azərbaycanın gələcəyi olduğunu deyən YAP sədrinin müavini, icra katibi Əli Əhmədov gənclərin Azərbaycan dövlətçiliyinin inkişafında böyük xidmətləri olduğunu söyləyib.
Forumun sonunda Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR