Bank Of Baku

Azad Rəhimov: “2007-ci ilin “Gənclər ili” elan olunması ilə bağlı Azərbaycan prezidentinin sərəncam imzalayacağı gözlənilir”

Azad Rəhimov: “2007-ci ilin “Gənclər ili” elan olunması ilə bağlı Azərbaycan prezidentinin sərəncam imzalayacağı gözlənilir”
# 01 fevral 2007 14:01 (UTC +04:00)
2007-ci ilin “Gənclər ili” elan olunması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin sərəncam imzalayacağı gözlənilir. Bununla bağlı artıq Gənclər və İdman Nazirliyi dövlət başçısına müraciət edib. APA-nın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib. A.Rəhimov deyib ki, “Gənclər haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu dəyişikliklər gənclərin bəzi sosial problemlərin həllinə imkan yaradacaq. Nazir gənclərə ayrılan İpoteka krediti ilə bağlı məsələyə də toxunub: “Azərbaycanda İpoteka krediti digər dövlətlərlə müqayisədə, aşağı faizlə və güzəştlə verilir. Bundan artıq güzəşt mənzillərin bağışlanması deməkdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR