Bank Of Baku

Tələbləri tam yerinə yetirilməsə. Abbas Lisani yenidən aclıq aksiyasına başlayacaq

Tələbləri tam yerinə yetirilməsə. Abbas Lisani yenidən aclıq aksiyasına başlayacaq
# 01 fevral 2007 14:02 (UTC +04:00)
“Abbas Lisani tələbləri tam yerinə yetirilmədiyi təqdirdə 10 gündən sonra təkrar aclıq aksiyasına başlayacaq”. Bunu APA-ya açıqlamasında 2006-cı il dekabrın 31-dən aclıq aksiyasına başlayan İran azərbaycanlılarının milli hərəkatının tanınmış nümayəndələrindən olan Abbas Lisaninin həyat yoldaşı Ruqəyya Lisani deyib. O bildirib ki, dostlarının təkidi ilə yanvarın 30-da aclığı dayandıran A. Lisaninin səhhətində ciddi problemlər var, onun mədəsində və boğazında ağrılar başlayıb: “Abbasla çox qısa müddətdə görüşmək mümkün oldu. Sağlıq durumundan çox narahatıq. Onun tibbi yardıma ehtiyacı olduğunu həbsxana rəhbərliyinin diqqətinə çatdırdım. Bundan İran rəhbərliyinin də xəbəri var. Amma Abbasın təcili xəstəxanaya köçürülməsinə və ailəsinin nəzarəti altında müalicə almasına şərait yaradılmır”.
Qeyd edək ki, İsveç Sol Partiyasından olan üç deputat A. Lisaninin azadlığa buraxılması tələbi ilə İranın bu ölkədəki səfirinə müraciət edib. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Şon Makkormak da A. Lisaninin repressiyaya məruz qaldığını bildirərək İran hakimiyyətini onu azadlığa buraxmağa çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR