Bank Of Baku

Vladimir Putin: “Azərbaycan və Ermənistan SSRİ dövründə populyar olan ucuz “Ağdam” çaxırının birgə istehsalını təşkil edə bilər”

Vladimir Putin: “Azərbaycan və Ermənistan SSRİ dövründə populyar olan ucuz “Ağdam” çaxırının birgə istehsalını təşkil edə bilər”
# 01 fevral 2007 14:33 (UTC +04:00)
APA-nın Rusiya bürosunun xəbərinə görə, V. Putin bildirib ki, bu, mürəkkəb məsələdir və Rusiya hər iki tərəf üçün sərfəli həll variantının tapılması üçün Azərbaycanla Ermənistana kömək etməyə çalışır: “Ancaq biz tərəflərə öz iradəmizi sırıya bilmərik. Bunu etsək, yəqin ki, ya erməni xalqı, ya da Azərbaycan xalqı ilə münasibətlərimiz korlanacaq. Ona görə də vəziyyətdən çıxış yolunu tərəflər özləri tapmalıdır. Məsələn, Azərbaycan və Ermənistan SSRİ dövründə populyar olan ucuz “Ağdam” çaxırının birgə istehsalını təşkil edə bilər”. Rusiyanın Ermənistanda nəyə görə hərbi baza saxlaması ilə bağlı suala cavabında V. Putin deyib ki, yaxın xaricdə Rusiya hərbi bazaları Sovet dövründən qalıb: “Bu, təkcə Ermənistana yox, Tacikistana da aiddir. Ermənistandakı Rusiya bazası bölgənin hər hansı ölkəsinin, o cümlədən Azərbaycanın maraqlarına qarşı yönəlməyib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR