Bank Of Baku

Bir qrup yazıçı və qeyri-hökumət təşkilatının rəhbərləri Samir Sədaqətoğlunun azadlığa buraxılması xahişi ilə prezidentə müraciət edib

Bir qrup yazıçı və qeyri-hökumət təşkilatının rəhbərləri Samir Sədaqətoğlunun azadlığa buraxılması xahişi ilə prezidentə müraciət edib
# 01 fevral 2007 14:35 (UTC +04:00)
Bir qrup yazıçı və qeyri-hökumət təşkilatının rəhbərləri “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlunun azadlığa buraxılması xahişi ilə prezident İlham Əliyevə müraciət edib. APA-ya daxil olan müraciətlərdə S. Sədaqətoğlunun himayəsində iki azyaşlı uşağın olması, baş vermiş insidentə görə ölkə müsəlmanlarından bir neçə dəfə rəsmi üzr istəməsini nəzərə alaraq onun azadlığa buraxılması xahiş olunur.
Qeyd edək ki, bu xahişlə bir qrup millət vəkili və KİV rəhbəri də prezidentə müraciət edib.
Xatırladaq ki, Rafiq Tağı və “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlu Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə təqsirli bilinirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR