Bank Of Baku

Çingiz Əsgərov: “Avropa İnsan Haqları Məhkəməsinin son qərarında Azərbaycan qanunvericiliyi düzgün şərh olunmayıb”

Çingiz Əsgərov: “Avropa İnsan Haqları Məhkəməsinin son qərarında Azərbaycan qanunvericiliyi düzgün şərh olunmayıb”
# 01 fevral 2007 14:53 (UTC +04:00)
Məhkəmədən APA-ya verilən məlumata görə, iddiaçıların Avropa Konvensiyasının 11-ci maddəsi (sərbəst toplaşmaq) üzrə hüquqlarının pozulduğu müəyyənləşdirilib. Məhkəmə iddiaçılara dəyən mənəvi zərərin ödənməsi üçün onlara 4 min avro, maliyyə məsrəflərinə görə isə 2 min avro ödənməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, iş üzrə iddia Avropa İnsan Haqları Məhkəməsinə 2002-ci ilin noyabrında daxil olub. İddiaçılar 1947-ci il təvəllüdlü Nabat Ramazanova, 1952-ci il təvəllüdlü Zərifə Qəmbərova, 1947-ci il təvəllüdlü Eldar Əlizadə və 1949-cu il təvəllüdlü Emin Zeynalov Azərbaycan məhkəmələrinin müstəqil olmadığı və yerli müdafiə imkanlarının qeyri-effektivliyini əsas gətirərək hüquqlarının təmin olunması üçün Strasburqda yerləşən AİHM-ə müraciət ediblər. Azərbaycan Respublikasının Avropa İnsan Haqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov isə APA-ya bildirib ki, məhkəmənin qərarında Azərbaycan qanunvericiliyi düzgün şərh olunmayıb. Belə ki, həmin qərarda “Qrant haqqında” qanuna görə hüquqi şəxs olmayanların qrant ala bilməməsi , bununla da QHT-lərin fəaliyyətinin məhdudlaşdırıldığı qeyd olunub: “Bizim qanunda belə bir hal yoxdur. Qanuna görə həm fiziki, həm də hüquqi şəxs qrant ala bilər. ”Qrant haqqında” qanunun bu işə aidiyyatı olmadığından Avropa Məhkəməsi ilə Azərbaycan hökuməti arasında aparılan yazışmalarda bu qanuna istinad edilməyib”. Həmçinin qərarda QHT-nin qeydiyyata alınmamasının hüquq pozuntusu kimi qiymətləndirilməsi ilə razılaşmayan Ç. Əsgərov bildirib ki, QHT qeydiyyatdan keçmədən də fəaliyyət göstərə bilər. Ç. Əsgərov növbəti səfəri zamanı məsələyə aydınlıq gətirilməsi üçün araşdırma aparacağını da deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR