Bank Of Baku

Səfər Əbiyev: “Ermənistan Azərbaycan torpaqlarını ilhaq etmək niyyətinə heç vaxt çata bilməyəcək”

Səfər Əbiyev: “Ermənistan Azərbaycan torpaqlarını ilhaq etmək niyyətinə heç vaxt çata bilməyəcək”
# 01 fevral 2007 15:11 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaqlara Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri barədə məlumat verən nazir bildirib ki, Ermənistanın destruktiv mövqeyi üzündən problem həllini tapa bilmir: “Çünki Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və işğal etdiyi 7 rayonunu ilhaq etmək niyyətindədir. Ancaq Ermənistan bu niyyətinə heç vaxt çata bilməyəcək”.
S.Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uğurla keçməsi haqqında məlumat verib. Nazir Azərbaycan Silahlı Qüvvələrinin inkişafında Türkiyə Silahlı Qüvvələrinin əhəmiyyətli rol oynadığını da vurğulayıb. Öz növbəsində, S.Uğurlu Azərbaycan Silahlı Qüvvələrinin inkişaf etdiyini deyib. Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi Seyhan Ceyhan da iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR