Bank Of Baku

Qənirə Paşayeva: “Milli Məclis Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən şirkətlərin ölkəmizin ərazisində heç bir zaman çalışmasına icazə verilməməsinə dair qərar qəbul etməlidir”

Qənirə Paşayeva: “Milli Məclis Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən şirkətlərin ölkəmizin ərazisində heç bir zaman çalışmasına icazə verilməməsinə dair qərar qəbul etməlidir”
# 01 fevral 2007 15:30 (UTC +04:00)
“Azərbaycanın işğal olunmuş ərazilərində xarici şirkətlərin fəaliyyət göstərməsi beynəlxalq konvensiyalara və hüquq prinsiplərinə ziddir. Azərbaycan dövlətinin icazəsi olmadan hər hansı xarici şirkət onun ərazisində fəaliyyət göstərə bilməz. Ona görə də Milli Məclis Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən şirkətlərin ölkəmizin ərazisində heç bir zaman çalışmasına icazə verilməməsinə dair qərar qəbul etməlidir”. Bu sözləri APA-ya açıqlamasında millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib. Q. Paşayeva bildirib ki, bu qanun qəbul olunduqdan sonra beynəlxalq təşkilatlar və səfirliklər vasitəsilə dünya ictimaiyyətinə yayılacaq, bununla da xarici dövlətlər Azərbaycanda bu cür sərt qanunların qəbul olunduğunu biləcəklər: “Bu qanun həmin şirkətlərlə yanaşı, onların təsisçilərinə, vəzifəli şəxslərinə, həmçinin onların gələcəkdə yaradacağı şirkətlərə və bu qurumlarla əməkdaşlıq edən iş adamlarına da şamil olunmalıdır. Bu qadağa Dağlıq Qarabağ münaqişəsi tənzimləndikdən sonra belə tətbiq edilməlidir”. Q. Paşayeva qeyd edib ki, həmin şirkətlərin beynəlxalq məhkəmələrə verilməsi mexanizmi də araşdırılmalıdır: “Bu məsələ Avropa Şurasının Parlament Assambleyasına və Nazirlər Komitəsinə yazılı sorğu şəklində təqdim edilib. Həmin sənəddə hansı dövlətlərin şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərdikləri göstərilib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR