Bank Of Baku

Azərbaycanın Belarusdakı səfiri Mogilyov vilayətinin rəhbəri ilə görüşüb

Azərbaycanın Belarusdakı səfiri Mogilyov vilayətinin rəhbəri ilə görüşüb
# 01 fevral 2007 15:31 (UTC +04:00)
Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyev Mogilyov vilayətində görüşlər keçirib. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, şəhər İcraiyyə Komitəsinin sədri Viktor Şorikov ilə görüşdə Azərbaycanla vilayət arasında olan iqtisadi-ticari əlaqələr, onların perspektivi barədə müzakirələr aparılıb. V. Şorikov bildirib ki, ötən il Azərbaycanla vilayət arasında mal dövriyyəsi 1,5 milyon dollar təşkil edib. Ə. Nağıyev isə qeyd edib ki, Belarusla Azərbaycan arasında mal dövriyyəsinin həcmi 30 milyon dollar təşkil edib: “Bu rəqəm potensial imkanlardan çox aşağıdır. Mal mübadiləsinin həcmini artırmaq məqsədilə Azərbaycandan Mogilyova kənd təsərrüfatı məhsulları, pambıq, şərab məhsulları, Mogilyovdan Azərbaycana isə kənd təsərrüfatı texnikası, meşə materialları, lift və digər malların idxalı ilə həyata keçirilə bilər”. Tərəflər Mogilyovda ən böyük diasporalardan biri olan Azərbaycan diasporunun problemlərini də müzakirə ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR