Bank Of Baku

Siyavuş Novruzov: “Siyasi partiyalar aidiyyəti orqanlar qarşısında maliyyə hesabatı verməlidir”

Siyavuş Novruzov: “Siyasi partiyalar aidiyyəti orqanlar qarşısında maliyyə hesabatı verməlidir”
# 01 fevral 2007 15:42 (UTC +04:00)
“Siyasi partiyalar aidiyyəti orqanlar qarşısında maliyyə hesabatı verməlidir. Bu, qanunvericilikdə də öz əksini tapıb”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. S. Novruzov bildirib ki, hər siyasi partiyanın maliyyə mənbəyi şəffaf olmalıdır. Millət vəkillərinin köməkçilərinin müəyyənləşdirilməsi şərtlərinin düzgün olduğunu vurğulayan S. Novruzov razılaşmadığı məqamların olduğunu da deyib: “Deputat köməkçiləri haqda şərtlər düzgündür. Amma köməkçilərin yerləşməsi məsələsində sərbəstlik təmin edilməlidir. Yəni həmin məsələ deputatın öz səlahiyyətindədir. Köməkçilərin yeri, rabitə məsələləri bizim üçün qaranlıq qalır. Mənə elə gəlir ki, bu məsələ də yoluna qoyulacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR