Bank Of Baku

Konstitusiya Məhkəməsi Aparatının hesabat iclası keçirilib

Konstitusiya Məhkəməsi Aparatının hesabat iclası keçirilib
# 01 fevral 2007 16:15 (UTC +04:00)
Konstitusiya Məhkəməsində (KM) Fərhad Abdullayevin rəhbərliyi, hakimlərin, aparat rəhbərliyinin, şöbə və sektor müdirlərinin iştirakı ilə Konstitusiya Məhkəməsi Aparatının 2006-cı il ərzindəki fəaliyyətinə həsr olunmuş hesabat iclası keçirilib. Bu barədə APA-ya KM-dən məlumat verilib. İclasda ötən il KM-ə daxil olmuş şikayət, müraciət və sorğularla bağlı məlumat dinlənilib. 2006-cı ildə KM-ə 2090 şikayət, 2 müraciət, sorğu daxil olub. İclasda qeyd olunub ki, əvvəlki illərlə müqayisədə ölkə Konstitusiyasına uyğun olaraq məhkəməyə sorğu vermək səlahiyyətinə malik olan subyektlər bu hüquqlarından fəal istifadə etmirlər. Xüsusilə də ümumi məhkəmələrin qanunların şərhi ilə bağlı müraciətlərdən passiv istifadə etməsi vurğulanıb. Müzakirə predmeti olmuş digər məsələ KM-in qəbul etdiyi qərarların icrası ilə bağlı olub. Belə ki, bəzi hallarda ümumi məhkəmələr qərar qəbul edərkən KM-in qərarlarında əks olunmuş hüquqi mövqeləri nəzərə almırlar. Bu isə vətəndaşları təkrar olaraq KM-ə, yaxud birbaşa İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmək məcburiyyəti qarşısında qoyur. İclasda qarşıya çıxan çətinliklər, onların aradan qaldırılması yolları, Aparatın səmərəli fəaliyyətinə xidmət edən digər məsələlər də müzakirə edilib, KM-in İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) təsisatı ilə əməkdaşlığının daha da gücləndirilməsi qeyd olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR