Bank Of Baku

Millət vəkillərinin özlərinə köməkçi təyin etmələri ilə bağlı qanuna əlavə edilib

Millət vəkillərinin özlərinə köməkçi təyin etmələri ilə bağlı qanuna əlavə edilib
# 01 fevral 2007 16:17 (UTC +04:00)
Bu gün Milli Məclisin iclasının ikinci hissəsində millət vəkillərinin özlərinə köməkçi təyin etmələri ilə bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatlarının statusu haqqında” qanuna əlavə edilib. APA-nın məlumatına görə, əlavə ilə bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynov məlumat verib. O bildirib ki, qanunda köməkçinin dövlət büdcəsi hesabına saxlanılması və işə qəbulunun əmək qanunvericiliyi ilə tənzimlənməsi nəzərdə tutulub. İclasda, həmçinin, Azərbaycanla Kuba arasında diplomatik, rəsmi və xidməti pasportlara malik olan vətəndaşların vizasız gediş-gəlişi ilə bağlı saziş ratifikasiya olunub. Bundan başqa, “Toxumçuluq haqında” qanuna və bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR