Bank Of Baku

Prezident İlham Əliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Borsottini qəbul edib

Prezident İlham Əliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Borsottini qəbul edib
# 01 fevral 2007 16:50 (UTC +04:00)
Bu gün prezident İlham Əliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Borsottini səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısı M. Borsottinin ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirib. Ötən dövr ərzində təhsil, səhiyyə və digər humanitar sahələr üzrə həyata keçirilən layihələrin uğurla icra olunduğunu qeyd edən prezident bu əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirib. Dövlət başçısı M. Borsottinin bundan sonra da Azərbaycanla sıx əlaqələr saxlayacağına ümidvar olduğunu bildirib.
Azərbaycandakı fəaliyyətindən məmnun qaldığını vurğulayan M.Borsotti BMT-nin rezident əlaqələndiricisi kimi fəaliyyətinə yaradılan şəraitə görə Azərbaycan prezidentinə təşəkkürünü bildirib. O, harada işləyəcəyindən asılı olmayaraq, Azərbaycanla daim əlaqə saxlayacağını və ölkəmizdə həyata keçirilən layihələrin davamlı olacağını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR