Bank Of Baku

Elmar Məmmədyarov İran Dövlət Teleradio Təşkilatının sədrini qəbul edib

Elmar Məmmədyarov İran Dövlət Teleradio Təşkilatının sədrini qəbul edib
# 01 fevral 2007 17:08 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov İran Dövlət Teleradio Təşkilatının sədri İzzətullah Zərqaminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, qonaq hər iki ölkənin bir çox məsələdə bir-birlərinə dəstəyini yüksək qiymətləndirərək, televiziya və radio sahəsində də əməkdaşlıq yaratmağın vacibliyini vurğulayıb. O, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə ekspert qrupunun yaradılması barədə razılıq əldə edildiyini bildirib. Nazir də öz növbəsində İran və Azərbaycan dövlət televiziyaları arasında münasibətlərin hüquqi çərçivəsinin formalaşdırılmasını zəruri sayıb və iki ölkənin televiziya şirkətləri arasında əlaqələri tənzimləyəcək mexanizmin olmasının önəmini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR