Bank Of Baku

Güney Azərbaycan xalqı BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı - UNPO-nun üzvlüyünə qəbul edilib

Güney Azərbaycan xalqı BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı - UNPO-nun üzvlüyünə qəbul edilib
# 02 fevral 2007 08:44 (UTC +04:00)
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BMT-də təmsil olunmayan Millətlər və Xalqlar Təşkilatının - UNPO-nun Avropa Parlamentində fevralın 1-də başlayan ikigünlük ümumi yığıncağında əsas müzakirə mövzularından biri Güney Azərbaycan xalqının bu quruma üzvlüyünün müzakirəsi olub. İclasın ilk günündə qurumun idarə heyəti tərəfindən UNPO-nun əsasnaməsi barədə məlumat verilib və yeni fəaliyyət proqramı qəbul edilib. Daha sonra UNPO-nun baş katibi Marino Bursdachin üzvlük üçün müraciət edən Güney Azərbaycan xalqı barədə məlumat verib və Güney Azərbaycan Milli Oyanış Hərəkatının bu yöndəki ərizəsinin araşdırılması üçün 18 ay vaxt sərf edildiyini deyib. Toplantıda aparılan müzakirələr sonrası BMT-də təmsil olunmayan Güney Azərbaycan xalqının bir millət olaraq UNPO-da təmsil olunmasının vacibliyi qərarına gəlinib. Güney Azərbaycan millətini milli simvol kimi milli bayrağın təmsil etməsi qərara alınıb.
Qeyd edək ki, UNPO-nun toplantısında Güney Azərbaycan türkləri 4 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub. Nümayəndə heyətinə Güney Azərbaycan Milli Hərəkatının lideri M. Çöhrəqanlı başçılıq edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR